Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ukraynanın Azərbaycandakı səfiri Diasporla İş üzrə Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukraynanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.

Dərc edilib: 18 oktyabr 2019 [17:38]
Baxış sayı: 1435

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukraynanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.

Komitə sədri səfirə Azərbaycan dövlətinin diaspor siyasəti, həyata keçirilən layihələr və Azərbaycan Diasporuna Dəstək Fondu haqqında danışıb, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində icmaların rolunu qeyd edib.

Görüşdə Ukraynadakı Azərbaycan diasporu və diaspor təşkilatlarının, eyni zamanda Azərbaycandakı Ukrayna icmasının fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

V. Kanevski Ukraynada yaşayan azərbaycanlıların fəaliyyətlərini təqdir etdiyini diqqətə çatdırıb və ortaq layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini bildirib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201