Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Prezident Milli Məclisə yeni qanun layihəsi göndərdi

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq  məsələləri komitəsinin növbəti iclası keçirilib.

Dərc edilib: 18 oktyabr 2019 [17:53]
Baxış sayı: 1599

İnterpress.az-ın xəbərinə görə, iclasda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olmuş “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə edilib.

Sənəd  Avropa Şurasının dövlət və hökumət rəhbərlərinin 3-cü Zirvə Toplantısında qəbul edilmiş Fəaliyyət Planına, “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya, BMT-nin “Uşaq hüquqları haqqında” və “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyalara, eləcə də, digər beynəlxalq hüquq normalarına istinad olunaraq hazırlanıb.

Komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası Azərbaycanın müvafiq bəyanatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunur. Həmin bəyanat Prezidentin İlham Əliyevin qərarı ilə verilib.

Bəyanatda qeyd olunur ki, Konvensiyanın müddəaları Ermənistana münasibətdə Azərbaycan tərəfindən tətbiq edilməyəcək.

“Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə  Konvensiyanın müddəalarının həyata keçirilməsinə (həmin ərazilər işğaldan azad olunanadək) təminat verilmir”, - deyə bəyanatda bildirilir.

Bu bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu Azərbaycan tərəfi özündə saxlayır.

Digər tərəflər hər hansı bu cür dəyişikliklər və ya ləğvetmələr haqqında yazılı şəkildə məlumatlandırılacalar.

Qanun layihəsi  Milli Məclisin  iclasına tövsiyə edilib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201