Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Gürcüstanda Putini təhqir edən aparıcı prokurorluqda dindirilib

Gürcüstanın “Rustavi 2" telekanalının sabiq aparıcısı Giorgi Qabunia prokurorluqda şahid qismində dindirilib.

Dərc edilib: 19 oktyabr 2019 [16:16]
Baxış sayı: 4321

Gürcüstanın “Rustavi 2" telekanalının sabiq aparıcısı Giorgi Qabunia prokurorluqda şahid qismində dindirilib.

İnterpress.az-ın  xəbərinə görə, G. Qabunia “Rustavi 2” telekanalının sabiq baş direktoru Nika Qvaramia və həmkarlarının işi ilə əlaqədar prokurorluğa dəvət olunub.

G. Qabunia qeyd edib ki, prokurorluq N. Qvaramianın həbsinə çalışır və bu məqsədlə müxtəlif dəlillər toplayır: “Dindirilmə həmkarlarımın işi ilə bağlıdır. Nika Qvaramianı həbs etmək cəhdləri var".

Qeyd edək ki, sentyabrın 6-da Gürcüstan Baş Prokurorluğu “Rustavi 2” telekanalının keçmiş baş direktoru N. Qvaramia və keçmiş maliyyə direktoru Kaxa Dameniaya qarşı irəli sürülən ittihamları ağırlaşdırıb. Onlar telekanala məxsus külli miqdarda əmlakı mənimsəməkdə ittiham olunurlar. İşlə əlaqədar Tbilisi Şəhər Məhkəməsi K. Dameinanın ölkədən çıxışına qadağa qoyub və 50 min lari girov tələb edib. İstintaqla əlaqədar daha əvvəl telekanalın informasiya xidmətinin sabiq rəhbəri Georgi Laperaşvili, “Şənbə Kuryeri” proqramının sabiq aparıcısı Nodar Meladze və sabiq televiziya aparıcısı, hazırda “Vahid Milli Hərəkat” müxalifət partiyasının üzvü Zaal Udumaşvili də ifadə verib.

Xatırladaq ki, bu ilin iyul ayında G. Qabunia “Rustavi 2” telekanalında Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra G. Qabunia efirdən uzaqlaşdırılıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201