Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Marketinq strategiyası hansı hissələrdən ibarətdir və necə tətbiq olunur

"Şirkətlərdə marektinq strategiyasını tətbiq edərkən diqqətli olmalı və biznesin ümumi strategiyası ilə üst üstə düşməsini təmin etməliyik".

Dərc edilib: 9 noyabr 2019 [13:07]
Baxış sayı: 2087

Şirkətlərdə marektinq strategiyasını tətbiq edərkən diqqətli olmalı və biznesin ümumi strategiyası ilə üst üstə düşməsini təmin etməliyik. Əks halda görülən bütün fəaliyyətlərin nəticəsində istədiyimiz nəticələri almaya bilərik. Bunun üçün aşağıdakı addımlara diqqət etməliyik.

Biznes strategiyasını mənimsəmək
Əlbəttəki əgər varsa ilk öncə şirkətin ümumi biznes strategiyasını mənimsəməli və vizyonu aşkarlamalıyıq. Bu onun üçün vacibdir ki, bununla şirkətin hansı hədəflər doğrultusunda getdiyini görmək, və vizyonunun nə olduğunu aşkarlamaq rahat olsun. Eyni zamanda şirkətin digər fəaliyyətləri ilə də tanış olmaq üçün biznes strategiyasını ilkin mərhələdə bilmək uğurlu addımdır.

Marektinq araşdırması
Bazarı analiz etmək, rəqibləri tanımaq və müştərilərin fikirlərini aşkarlamaq və bunun doğrultusunda hansı üstün və zəif tərəflərimizin olduğunu bilmək, fəaliyyətləri qurarkən hansı detallara fikir veməli lazım olduğumuzu aşkarlamaq lazımdır.

7P marktinq qarışımı
7P qarışımı marketinqin təməl 7 faktorunu özündə əks etdirməlidir. Məhsul, Qiymət, Yer və paylama, Təşviqetmə, İnsan, Fiziki avadanlıqlar və Prosesləri təkminləşdirmək lazımdır.

Məhsulun və markalaşmanın tam formalaşdırılması
Məhsulumuzu yaxşı analiz etməli əksik tərəflərini aradan qaldırmalı və üstün tərəflərini biraz daha möhkəmləndirməliyik. Eyni zamanda markalaşma (Branding) detallarına fikir verməli və markanı öz seqmentimizə uyğun olaraq logo, sloqan, paketləmə və s. kimi markalaşma detalları ilə təmin etməliyik.

Qiymət strategiyası
Məhsulun qiymətləndirmə strategiyasını edə bilmək üçün mütləq rəqiblərin məhsullarını tanımaq və qiymətlərini bilmək lazımdır. Eyni zamanda müştəri fikirlərinin öyrənilməsi də vacibdir.

Marketinq kommunikasiya planının hazırlanması
Şirkətinizi əsas hədəfə aparacaq bütün kampaniyaları və layihələrini özündə birləşdirən marketinq kommunikasiya planının hazırlanması gərəklidir. Seçilən kommunikasiya kanalları, onlardan istifadə, nə qədər büdcə ayrılacağı, hansı kommunikasiya kanalında hansı fəaliyyətlər ediləcəyi və bu fəaliyyətlərin zamanlaması planlaşdırılmalıdır.

Marketinq araşdırmaları və analizləri
Marketinq araşdırması ilə bağlı atılacaq addımlar planlaşdırılması və satış ilə koordinasiyalı formada işlənilməlidir.

CRM və Məlumat mərkəzi
Kiçik və orta şirkətlərin ən çox gözdən qaçırdığı məsələlərdən biri məlumat mərkəzini təmin etməmələri və CRM platformalarını yaratmamalarıdır ki, bu da özlüyündə böyük fəsadlar yaradır. Lakin mütləq formada hər bir biznes üçün marketinq fəaliyyətləri çərçivəsində CRM platforması qurulmalı və məlumat mərkəzi yaradılmalıdır. Şikayətlərin aradan qaldırılması, sorğuların və zənglərin qəbulu, zənglərin edilməsi, müştəri məmnuniyyət sorğusunun aparılması üçün məlumat mərkəzi, bu fəaliyyətlərin qeyd olunması üçün isə CRM-ə gərək vardır.
Marketinq strategiyası peşəkarlar tərəfindən yazılmalıdır. Eyni zamanda marketinq strategiyasının hər bir detalı diqqətli və məqsədli formada bir vizyon üçün hazırlanmalıdır.

Cavid Abasov






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201