Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Antalyada İƏT Nazirlər Şurasının 24-cü iclası keçirilir

Türkiyənin Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 24-cü iclası keçirilir.

Dərc edilib: 9 noyabr 2019 [16:25]
Baxış sayı: 2470

Türkiyənin Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 24-cü iclası keçirilir.

İnterpress.az xəbərinə görə, iclasda Azərbaycanı Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.

İclasda əvvəlcə İƏT-in fəaliyyətini əks etdirən film nümayiş olunub. Sonra Tacikistanın Xarici İşlər nazirinin müavini Xusrav Noziri və İƏT-in Baş katibi Hadi Süleymanpurun hesabat məruzələri dinlənilib. Məruzəçilərindən sonra təşkilata sədrlik Tacikistandan Türkiyəyə keçib. Türkiyənin dövlət himni səsləndirildikdən sonra Nazirlər Şurasının 24-cü iclasını Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu aparıb.

Qeyd edək ki, Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub. Hazırda təşkilatın Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və İran daxil olmaqla, doqquz üzvü var. 1992-ci ildən İƏT-in tamhüquqlu üzvü olan Azərbaycan təşkilatda ən fəal ölkələrdəndir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201