| |||||
Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində namizədliyini irəli sürüb | |||||
Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
|
|||||
|
|||||
![]() Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb. Bildirək ki, Azərbaycanda bələdiyyə seçkiləri bu ilin dekabrın 23-də keçiriləcək. |
|||||
|
|||||
|