Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Hər şeyi oyuna çevirməyə çalışıram” - Emin övladları haqda + Video

Azərbaycanın Xalq artisti Emin Ağalarov övladlarına necə tərbiyə verməsindən danışıb.

Dərc edilib: 12 sentyabr 2019 [11:15]
Baxış sayı: 1704

İnterpress.az-ın məlumatına görə, ifaçı sirlərini “Forbes Diges” videolayihəsinin “Milyarderlər uşaqlarına necə tərbiyə verir?” adlı müzakirələrində bölüşüb. Ağalarov heç bir pedaqoji üsula əl atmır və hesab edir ki, zəngin insanın övladına tərbiyə verməsi çox çətindir.

“Uşaqlar erkən yaşlarından firavan yaşayır. Onlara çox şey icazə verilib, ona görə də onları nədəsə məhdudlaşdırmaq yetərincə çətindir. Hər şeyi oyuna çevirməyə çalışıram. Əgər onlara nəyəsə pul lazımdırsa, tələb edirəm ki, buna görə nəsə etsinlər – dərslər, düzgün qidalanmaya riayət etsinlər, idmanla məşğul olsunlar. Əmin deyiləm ki, bu, hər dəfə işə yarayacaq”, - Ağalarov hesab edir.

“Hər şeyi oyuna çevirməyə çalışıram” - Emin övladları haqda + Video


Müğənni onları öz nümunəsində tərbiyələndirməyə çalışır. Onun atası - Azərbaycan əsilli Rusiya biznesmeni, “Crocus Group” şirkətlər qrupunun sahibi Araz Ağalarov oğluna uşaqlıqda pul vermirdi, ona görə də Emin özü qazanmağa çalışırdı. Emin özünü “qızıl cavanlar” nümayəndələrinə aid etmir. İfaçının sözlərinə görə, onun cavanlıqda heç vaxt pulu olmayıb.

“Hər şeyi oyuna çevirməyə çalışıram” - Emin övladları haqda + Video


“Mən tez və dəqiq başa düşdüm ki, səndə nəsə olsun deyə, buna nail olmaq lazımdır. Uşaqların artıq pulu olmamalıdır, çünki bilinmir, onlar o pulu nəyə xərcləyə bilər. Onları nəzarətdə saxlamaq lazımdır”, - Ağalarov etiraf edib.

Qeyd edək ki, Emin Ağalarovun dörd övladı var: Əli, Mikayıl, Əminə və Afina.








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179