Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Mikayıl Cabbarov: "Səylərimizi birləşdirərək TRACECA-nın cəlbediciliyini artıra bilərik"

"Tarixi İpək yolunun bərpasında TRACECA ilk qığılcım olub".

Dərc edilib: 6 dekabr 2019 [10:58]
Baxış sayı: 4541

"Tarixi İpək yolunun bərpasında TRACECA ilk qığılcım olub".

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, TRACECA nəqliyyat dəhlizinin inkisafı üzv ölkələr üçün də mühüm əhəmiyyətə malikdir: "Səylərimizi birləşdirərək TRACECA-nın cəlbediciliyini artıra bilərik".

Nazir Azərbaycanın tranzit potensialına diqqət çəkib:"Azərbaycanın Şərqlə Qərbin mərkəzində yerləşməsi, avtomobil yolları və dəmir yollarının inkişafı, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası nəqliyyat sektorunun inkişafına şərait yaradıb və Azərbaycanın tranzit potensialı güclənib. Bakı-Tbilisi-Qars xüsusi olaraq vurğulanmalıdır. Bu nəqliyyat dəhlizi xalqlar arasında körpü rolunu oynayır".


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 218