Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Makqreqor Sirounini 40 saniyəyə məğlub etdi

İrlandiyalı döyüşçü Konor Makqreqor və ikiqat UFC çempionu, amerikalı “Kovboy” ləqəbli Donald Sirouni arasında gözlənilən döyüş 40 saniyəyə yekunlaşıb.

Dərc edilib: 19 yanvar 2020 [12:29]
Baxış sayı: 19261

İrlandiyalı döyüşçü Konor Makqreqor və ikiqat UFC çempionu, amerikalı “Kovboy” ləqəbli Donald Sirouni arasında gözlənilən döyüş 40 saniyəyə yekunlaşıb.

Konor Makqreqorun inamlı və ardıcıl zərbələrindən sonra hakim döyüşü dayandırıb.

Titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçirilib.

Konor Makqreqor – yarım-yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 25 döyüş keçirib, onun 21-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.

Sirouni – qaydasız döyüşün əsl veteranıdır. Son illər beş döyüşdə iştirak edən Donald oyunun üçündən qalib ayrılıb, ikisində isə uduzub. O, karyerası boyu 50 dəfə vuruşub, 36 qələbə qazanıb, 13 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 233