Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda icazəsiz dezinfeksiya işi aparan şəxs cəzalandırıldı

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ödənişli dezinfeksiya işi aparmaq istəyən şəxs cəzalandırılıb.

Dərc edilib: 26 mart 2020 [16:30]
Baxış sayı: 15010

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ödənişli dezinfeksiya işi aparmaq istəyən şəxs cəzalandırılıb.

Bu barədə  Aqrar Xidmətlər Agentliyindən məlumat verilib.

Bilidirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb və məlum olub ki, Suraxanı Rayon Bələdiyyəsi tərəfindən Agentliyin hazırda məzuniyyətdə olan əməkdaşı özəl obyektdə dezinfeksiya işlərinin aparılmasına dəvət olunub:


“Agentlik koronavirusa qarşı mübarizə ilə bağlı dezinfeksiya işlərinin aparılması sahəsində xidmət göstərmir. Baytarlıq İdarəsinin əməkdaşı hansı məqsədlə dezinfeksiya işinin aparılmasına dəvət olunduğuna və bu prosesdə icazəsiz iştirakına aydınlıq gətirməyib.

Araşdırma zamanı Suraxanı bələdiyyəsi tərəfindən dezinfeksiya işinə cəlb olunan əməkdaş, Aqrar Xidmətlər Agentliyinin xidmət reqlamentini və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə cəzalandırılıb”.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Əsasnaməsinə uyğun olaraq Agentliyin Baytarlıq İdarəsi yalnız heyvandarlıq təsərrüfatlarında profilaktik dezinfeksiya işləri aparır.

Xatırladaq ki, ötən gün sosial şəbəkədə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində obyektlərin dezinfeksiya edilməsi qarşılığında vətəndaşlardan 50 manat pul tələb edildiyinə dair videogörüntülər yayılmışdı.




İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 250