Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Mikayıl Cabbarov: Yeni inkişaf drayverləri işə salınmalıdır

Azərbaycanda sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverləri işə salınmalıdır. 

Dərc edilib: 12 noyabr 2019 [14:35]
Baxış sayı: 3899

Azərbaycanda sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverləri işə salınmalıdır.

İnterpress.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, Azərbaycanda ÜDM-nin 2020-ci ildə 3 faiz, növbəti illərdə orta hesabla 3.3 faiz artacağı, habelə növbəti il üçün inflyasiyanın 4.6 faiz, sonrakı üç il üçün isə 4 faiz ətrafında olacağı gözlənilir:


“Neft-qaz sektorunda 2020-ci ildə 1.6 faiz, növbəti illərdə orta hesabla 3 faiz artım proqnozlaşdırılır. İqtisadiyyatın prioritet sahəsi olan qeyri-neft sektorunun 2020-ci ildə 3.8 faiz, növbəti illərdə isə orta hesabla 3.5 faiz artacağı proqnozlaşdırılır”.

Nazir vurğulayıb ki, ixrac potensialının həyata keçirilməsində qeyri-neft sənayesi xüsusi əhəmiyyətə malikdir:

“Cari ilin doqquz ayında qeyri-neft sənayesində əlavə dəyər 16.6 faiz artıb. Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz, növbəti illərdə 7 faizdən çox artım proqnozlaşdırılır”.

M.Cabbarov əlavə edib ki, Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb.

Nazir bildirib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir:

“Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208