Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bərdədə xuliqanlıq edən silahlı şəxslər tutuldu - FOTO

Bərdə rayonunda xuliqanlıq edən silahlı şəxslər saxlanılıb.

Dərc edilib: 26 mart 2020 [12:36]
Baxış sayı: 8216

Bərdə rayonunda xuliqanlıq edən silahlı şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq edən silahlı şəxslər saxlanılıb.

Martın 25-də Bərdə rayon sakinləri - əvvəllər məhkum olunmuş Fərid Aslanov, Asif Süleymanov və Əli Əsədov sonuncunun idarə etdiyi avtomobillə Bərdə rayonu ərazisində ictimai asayişi pozaraq xuliqanlıq ediblər.

Onlar vətəndaşlara məxsus avtomobillərə zərər vurublar. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb.

Ə.Əsədovun idarə etdiyi “Lada Priora” markalı avtomobilə baxış keçirilən zaman bir ədəd 16 kalibrli “İJ” markalı lüləsi və qundağı kəsilmiş odlu silah, bir ədəd bıçaq, narkotik vasitə hesab edilən marixuana, F.Aslanovun üzərindən isə bir ədəd “beşbarmaq” və iki ədəd tüfəng patronu aşkar edilərək götürülüb.

Bundan başqa, F.Aslanovun üzərindən heroin, A.Süleymanovdan isə tiryək aşkar edilərək götürülüb. Aparılan tədbirlərlə onların bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonu ərazisində də xuliqanlıq hərəkətləri etdikləri, havaya atəş açdıqları müəyyən olunub.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.
Bərdədə xuliqanlıq edən silahlı şəxslər tutuldu - FOTO

Bərdədə xuliqanlıq edən silahlı şəxslər tutuldu - FOTO



İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 247