Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə

İqtisadiyyat
Nazirlər Kabineti (NK) “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nı yeni redaksiyada təsdiq edib.
Kürdəmir rayonunda cari mövsümdə 11 min 463 ton yazlıq kartof istehsal olunub. Bu göstərici ötən ildəkindən 652 ton və ya 6 faiz çoxdur.
İyunun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 198 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 10 milyard 563,2 milyon manatı və ya 80 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Bərdə rayonunda 120 soğan istehsalçısının iştirakı ilə “Qarabağ-Aran Soğan istehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.
İyunun sonuna Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 88,5%-i tamamlanıb.
“Bank VTB Azərbaycan” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 144,431 milyon manat təşkil edib.
Bu ilin birinci yarısında Gürcüstan Azərbaycandan 985 624,0 kubmetr təbii qaz idxal edib.
Muxtar respublikada 2019-cu ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 554 milyon 459 min 600 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 962,7 ton siqaret və tütün məmulatları idxal edib.
Bu ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 8 737 ədəd avtomobil ixrac olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi biznes sahələri üzrə ilin ikinci yarısına olan icra və kommunikasiya planları üzrə təqdimat keçirib.
Bu gün İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə Xırdalanda sahibkarlarla işgüzar forum keçirilib.
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyulun 19-na olan məzənnəsini açıqlayıb.
“AGBank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 471,62 milyon manat təşkil edib.
Ötən həftənin yekunlarına görə (8-12 iyul), ABŞ-da neft ehtiyatları 3,11 mln. barel azalaraq 455,88 mln. barel təşkil edib.
Azərbaycan bu ilin birinci yarısında əczaçılıq məhsullarının idxalını ötən ilin eyni dövrünə nisbətən artırıb.
Maliyyə Nazirliyi nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara müraciət edib.
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin mədaxili 10 405,5 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% və yaxud 590,2 milyon manat çoxdur.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Zaqatala rayonunun Əliabad kəndində yem emalı müəssisəsi kənd sakinlərinin və aqrar sahədə fəaliyyət göstərən mikro və kiçik sahibkarların istifadəsinə verilib.
Azərbaycan neftinin qiyməti ucuzlaşır.
Azərbaycanda banklara əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin l yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 6 faiz artıb.
2019-cu ilin II rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,9 milyon tondan1 çox neft, 1,7 milyard kubmetrə yaxın2 qaz hasil edərək, hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olub.
Avqustun 16-da “Turan Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Azərbaycan özəl sektoru Rusiyanın aqrar ənənəsini yaşadan Saratov vilayəti ilə səmərəli əməkdaşlığın imkanlarını dəyərləndirməyə hazırdır".
Yanvar-iyun aylarında Azərbaycanda 1112 minik avtomobili istehsal edilib.
2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 10 bank, 11 bank olmayan kredit təşkilatı (BOKT) və 19 kredit ittifaqı ilə əməkdaşlıq edib.
Fransanın ən zəngin adamı, “Louis Vuitton Moet Hennessy” (LVMH) moda evinin sahibi, varidatı 108 milyard dollaradək artan Bernar Arno “Bloomberg Billionaire İndex”in siyahısında ikinci yerə yüksəlib, 107 milyard dollarlıq varidatın sahibi, “Microsoft İnc.” sahibi və təsisçisi Bill Qeytsi isə üçüncü yerlə qərarlaşıb.
Rusiyada Apple şirkərinin ticarət nişanını qeydiyyata almaqdan imtina edilib.
“Naxçıvan Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 215,764 milyon manat təşkil edib.
Yanvar-iyun aylarında Azərbaycandan avtomobil nəqliyyatı ilə 713 min 762 ton yük göndərilib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
Yarım ildə ölkədən 520 min 997 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İxrac edilən neft məhsullarının dəyəri isə 261 milyon 182 min ABŞ dolları olub.
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
İyulun 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclara elektron formada qoşulma üstünlüyü rahat və şəffaf mühiti təmin edərək prosesdə aktiv iştiraka şərait yaradır.
“Kapital Bank” ASC-nin aktivləri 1 iyul 2019-cu il tarixinə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,6 milyard manat olub.
Bu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunmuş, 163 ölkədən idxal olunub.
Bu ilin yanvar-iyun ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi bəyan edilməmiş ticarət əməliyyatları da daxil olmaqla 5 968,3 mln. ABŞ dolları təşkil edib.
1 2 3 4 5 6 7 8 9 10 ... 152

Əvvəlki Sonrakı

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 145