Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə edib

İstanbulun "Fənərbaxça" futbol klubu gəlirlərin xərcləri üstələməsi qaydalarına riayət etmədiyinə görə, UEFA tərəfindən 2 milyon avro məbləğində cərimə olunub.

Dərc edilib: 21 iyul 2019 [14:21]
Baxış sayı: 11521

İnterpress.az xəbər verir ki, cəriməyə Klubların maliyyə vəziyyətlərinə nəzarət üzrə Məhkəmə Palatasının (CFCB) İstanbul klubunun 2018-ci ilin hesabat dövründə ziyansızlıq göstəricisi hədəfini yerinə yetirmədiyini müəyyən etməsi səbəb olub.

Bundan əlavə qurum müsbət maliyyə balansı olmayacağı təqdirdə "Fənərbaxça"nın 2020/21 və 2021/22-ci illər mövsümündə UEFA klub turnirlərində yeni oyunçuların qeydiyyatı məhdudlaşdırılacaq.

Eyni zamanda kluba yuxarıda göstərilən mövsümlərdə turnirlərdə 23-dən çox futbolçu qeydiyyata almaq məhdudiyyəti şamil ediləcək.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164