Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda 2-ci animasiya filmləri festivalının beynəlxalq münsiflər heyətinin tərkibi elan edilib

2-ci Bakı Beynəlxalq Animasiya Festivalı təşkilat komitəsi Almaniya, Azərbaycan, Rusiya, İran və Çexiyadan olan peşəkarlardan ibarət münsiflər heyətinin tərkibini elan edib.

Dərc edilib: 21 iyul 2019 [20:43]
Baxış sayı: 13474

İnterpress.az xəbər verir ki, istedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli və bir uşaqlardan ibarət yerli münsiflər heyəti – animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndirəcək.

Bundan əlavə, hər bir tamaşaçı da səs verməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək.

Beynəlxalq münsiflər heyətinə Azərbaycanın tanınmış rejissor-animatoru Məsud Pənahi başçılıq edəcək.

ANİMAFİLM-in təşkilat komitəsinin qərarı ilə festivalda Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə “Qızıl qayıq” heykəlcik-mükafatı verilməsi nəzərdə tutulub.

Münsiflər heyətinin üzvləri, həmçinin müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər.

ANİMAFİLM təşkilat komitəsi münsiflər heyətinin hər üç tərkibini təqdim edib:

1) Animasiya filmləri üzrə münsiflər heyətinin üzvləri

Məsud Pənahi (Almaniya) – rejissor, animator, rəssam, ssenari müəllifi
Cahangir Süleymanov (Rusiya) – rejissor, animator, rəssam
Samir Salahov (Azərbaycan) – animasiya, qrafika və küçə sənəti kimi incəsənət sahələrində fəaliyyət göstərən rəssam
Miroslava Yaniçatova (Çexiya) – animasiya və kino nəzəriyyəçisi
Afət İlhamqızı (Azərbaycan) – AzTV-də “Palitra ART” verilişinin ssenari müəllifi, rejissoru və aparıcısı
2) Ssenarilər üzrə beynəlxalq münsiflər heyəti üzvləri

Ramiz Fətəliyev (Azərbaycan) – Azərbaycanın tanınmış kino ssenaristi, xalq artisti, əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı laureatı
Zeynəb Qurbani Fəryad (İran) – animasiya üzrə rejissor, ssenarist, illüstrator
İntiqam Qasımzadə (Azərbaycan) – əməkdar incəsənət xadimi, ədəbi tənqidçi, tərcüməçi və ssenarist
Gülşən Tofiqqızı (Azərbaycan) – Yazıçı-publisist, ssenarist
3) Uşaq münsiflər heyəti üzvləri

Aydan Kərimli (Azərbaycan) – Bilgəh 11 №-li İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdi
Beril Karaoğlu (Türkiyə) – Hazırda İstanbulda yaşayır. 4-cü sinif şagirdi
Fatimə Allahverdiyeva (Azərbaycan) – Bakıda yaşayır. 257 №-li məktəbin 7-ci sinif şagirdi
Nilufər Əzimzadə (Azərbaycan) – Hazırda Bakıda yaşayır. Texniki Humanitar Liseyin 8-ci sinif şagirdi
Zərif Qasımova (Azərbaycan) – Hazırda Sumqayıtda yaşayır. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 2-ci sinif şagirdi
Xəbər verildiyi kimi Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq. Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.

Builki festivalda uşaqlardan ibarət münsiflər heyəti böyüklərlə birgə fəaliyyət göstərəcək.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164