Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə

İqtisadiyyat
2019-ci ilin yanvar-iyul aylarında Azərbaycandan stasionar nəqletmə vasitələri ilə 24 milyon 649 min 509 ton məhsul ixrac olunub.
Gömrük nəzarətindən gizlədilən elektron siqaretlər aşkarlanıb.
Neftçalalı fermerlər cari ilin məhsulu üçün erkən yazda 136,3 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib.
Saatlıda meyvə yığımı uğurla davam edir. Ötən il çoxillik meyvə bağlarından 2300 ton məhsul toplayan saatlılı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.
Yanvar-iyul aylarında Azərbaycandan 19 milyon 554 min 245 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib.
Respublikada iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub. Bunun 704 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib.
“Çernomortransneft” şirkəti Dağıstanda Qroznı-Bakı magistral neft kəmərinin yenidənqurma işləri üçün Rusiya dövlət ekologiya ekspertizasının müsbət rəyini alıb.
İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətində Sənqan Polad Mədən Sənayesi Şirkətinin bentonit istehsalı bölməsi istismara verilib.
İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətində Sənqan Polad Mədən Sənayesi Şirkətinin bentonit istehsalı bölməsi istismara verilib.
İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in məlumatına görə, bu təşəbbüslə Birinci Xəzər İqtisadi Forumunda iştirak edən Rusya nümayəndə heyəti çıxış edib.
“Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın reytinqini “BBB-“-dan “BBB”yə yüksəldib.
Bu günədək Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Azərbaycanda 26 “yaşıl” layihənin reallaşdırılması üçün 350 milyon avro ayrılıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında 2019-cu ilin əvvəlindən Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlətimizin başçısının fərman və sərəncamları ilə təsdiqlənmiş sosial paketlər əhalinin rifah halının daha da yaxşılaşmasını təmin edib.
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Avqustun 8-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Aksizli malların istehsalı və dövriyyəsi sahəsində vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi nəticəsində cari ilin yanvar-iyun aylarında alkoqollu içkilərin istehsalçıları üzrə dövriyyə 73 faiz artıb.
2019-cu ilin altı ayında qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 7 faiz artaraq 61,3 faizə çatıb.
Qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən bu sahədə çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib.
Azərbaycan Mərkəzi Bankı 7 avqust tarixinə olan valyuta məzənnələrini açıqlayıb.
Azərbaycan Mərkəzi Bankı 6 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Avqust ayının 15-dən etibarən Azərbaycanın üç bankı tərəfindən NFC ("Near Field Communication") texnologiyaya əsaslanan təmassız mobil ödəniş xidməti tətbiq ediləcək. Bunu "APA-Economics"ə icra olunan layihəyə yaxın mənbə deyib.
Qaz, neft və digər xammal ilə işləyən elektrik stansiyaları üçün generatorlar və digər avadanlıq istehsal edən Finlandiyanın maşınqayırma sahəsində açıq şirkəti "Wärtsilä Oyj Abp" Azərbaycanda yeni layihələr və texnologiyalar tətbiq etməyə başlayıb.
Bu ilin iyul ayında “Azərenerji” ASC 2,13 mlrd. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da 2018-ci ilin iyul ayı ilə müqayisədə 50 mln. kVt-saat və ya 2,4 % çoxdur.
BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən D230 bloku üzrə kəşfiyyat proqramı çərçivəsində seysmik tədqiqat işlərinə bu ilin oktyabr ayında başlayacaq. Bunu “APA-Economics”ə neft-qaz bazarındakı etibarlı mənbə deyib.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Beybit İsabayevi qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövründə 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib.
2019-cu ilin birinci yarısında Azərbaycanın investisiya qiymətli kağızları bazarında ümumilikdə 8 176,3 mln. manat həcmində əməliyyat aparılıb. Bazarın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb.
Bakı Fond Birjasında (BFB) Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) AZ2001021487 qeydiyyat nömrəli istiqrazlarının yerləşdirilməsi üzrə hərracda rekord göstəricilər qeydə alınıb.
Bu ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13 482,6 mln. manat təşkil edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Kiçik və orta biznesin (KOB) inkişafı mərkəzləri yeni biznes ideyası olan şəxslərə və startaplara ilkin biznes fəaliyyətinin təşkili məqsədilə maliyyə dəstəyi verəcək, o cümlədən xarici qrantlar hesabına layihələrin maliyyələşdirilməsini təşkil edəcək, bu istiqamətdə müxtəlif proqramlar hazırlamaq və müsabiqələr keçirmək üçün təkliflər hazırlayaraq Agentliyə təqdim edəcək.
Bu ilin ilk 6 ayında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 2 milyard 485,5 milyon manat olub.
Dünya birjalarında neftin qiyməti ötən 4 ildəki ən kəskin ucuzlaşmadan sonra itkilərini bərpa edir.
ABŞ Prezidenti Donald Tramp tvit atdı və neft bir gündə 6 faiz ucuzlaşdı. Trampın sentyabrdan etibarən idxal etdikləri Çin məhsullarına yeni verginin tətbiq edilə biləcəyi ilə bağlı açıqlaması ticarət müharibəsinin davam edəcəyi və daha da genişlənəcəyindən xəbər verir.
2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 698,3 milyon manat, büdcə xərcləri isə 4 499,4 milyon manat təşkil edib.
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.
Bu ilin birinci yarısında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 100,7 milyon manat ipoteka krediti verilib.
Yanvar-iyun aylarında “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə ümumilikdə 8,4 milyard standart kubmetr qaz və təqribən 2 milyon ton (14,4 milyon barrel) kondensat hasil edilib.
İlin birinci yarısında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 16 milyon ton (120 milyon barreldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 149 tankerə yüklənib.
“Şahdəniz-2” yatağındakı “Şahdəniz Alfa” platformasından bu il quyu qazılmayıb.

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177