Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə

Mübariz Adamın sirri - Aqil Ələsgər yazır

Bu dünyadan çox varlı insan keçdi. Ancaq kimsəyə Hacı Zeynalabdin qədər rəhmət oxunmadı. Bu dünyadan çox mərd igid keçdi. Ancaq heç biri qırx silahdaşı ilə minlərlə orduya qarşı savaşan Kür Şad qədər yaddaşlara həkk olunmadı. Kür Şad qədər cəsur, Tağıyev qədər comərddir Mübariz Mənsimov. Haqsızlığa qarşı susmayan, qarşısındakı əngəllərin, atılan namərd daşlarının daha da mübariz etdiyi bir insandır Mübariz Mənsimov.

Sayəsində adamdan sayılanların ona qarşı etdiklərinə rəğmən əsla doğru bildiyindən vaz keçməyən, vətəninə, dövlətinə bağlı, oğruların, quldurların üzünə etdiklərini açıqca hayqırandır Mübariz Qurbanoğlu!.. O sərt hərbçi üzünün arxasında xeyirxah, mələk kimi insanı yaşadandır, Mübariz bəy!.. Tanımadığı, həyatda üzünü görmədiyi və bəlkə də heç görməyəcəyi insanlara azərbaycanlı olduqları üçün arxa olandır Mübariz Mənsimov!..

Mübariz Mənsimovu əslində bu xüsusiyyətlərinə görə sevdik. Ancaq mübarizliyi ilə qəlbimizin zirvəsini fəth etdi.

Bəlkə də ona daşlar atılmasaydı və üzərinə bu qədər namərdcə gəlib, canı qədər sevdiyi dövləti ilə arasında uçurumlar açılmasına çalışmasalardı, o qədər diqqətimizi cəlb etməzdi. Əlbəttə, atanın oğula etmədiyi fədakarlığı yüzlərlə tələbəmiz üçün etdiyi, minlərlə vətəndaşımıza heç borcu olmadığı halda tanımadan yardım göstərdiyi üçün “əsrimizin Hacı Zeynalabdin”i kimi könüllərimizdə yeri vardı. Ancaq zirvəyə yüksəlməsində Mübariz Adam olmasının yeri əvəzolunmazdır.

Adının haqqını verir mübarizliyi ilə… Onu çökmüş görmək istəyənlərin, yalan “iflas etdi” başlığını sanki “Qarabağı almışıq” xəbəri kimi sevinclə verənlərin (Həmin zümrənin Qarabağa olan münasibətini də bilirik) acığına daha da yüksəlir. Həm iş dünyasında, həm xalqın gözündə… Onun uğurunun sirrini anlamayanların görmədikləri iki nüans var: Xalqın duası və halala haram qatmaması… Mübariz Mənsimov bunun üçün güclüdür, yenilməzdir… Xalqın, xüsusən də yetimin duası önündə hansı güc dayana bilər? Mübariz Mənsimovun gücünün sirri bundadır… Qurban kişinin oğlu həm də ona görə güclüdür ki, halal malına göz dikənin belə halalında və haramında gözü yoxdur. Bunun üçün Yaradan da, yaradılan da onu sevir və qoruyur…

Mübariz Adamın sirri - Aqil Ələsgər yazır



Doğum günün mübarək, Mübariz Abi!

Kiçik qardaşın Aqil Ələsgər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177