Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə

“Siz azərbaycanlı ola bilmədiniz” Toğrul Allahverdilidən Orduxan çətəsinə sərt sözlər

Yenə kukla kimi salıblar ortaya. Yenə ağzına gələni danışır bu söyüş maşını. Yenə kiminsə göstərişiylə qarayaxma kampaniyasına start verib. Adlarını siyasi muhacir qoyublar. Burada yaşayarkən hansısa basqıya, təzyiqə məruz qaldıqlarını deyən bu şəxslər, əslində hansısa təzyiqə məruz qalmayıblar. Sadəcə, Avropada yaşamaq eşqi bu insanların Vətəndən getməsinə vəsilə olub. Avropa ölkələrində artıq yalançı siyasi mühacirlərin araşdırılmasına başlanıldığına görə, bu adamlar qorxuya düşüblər. Çünki Azərbaycanda hansısa təzyiqə məruz qalmadıqları ortaya çıxanda deportasiya olunacaqlarını bilirlər. Avropadan deportasiya olunmamaq istəkləri Vətən sevgisindən üstün olan həmin "mühacirlər" çıxış yolunu ölkəmizə qarşı "qara piar" aparmaqda görürlər. Bu yolda hətta milli maraqlarımızı düşmən erməniyə də satmaq belələri üçün adi hala çevrilib.

Erməni lobbisinin təsiri altında olan "mühacir" azərbaycanlılar, deportasiya olunmamaq üçün düşmənə sığınıblar. Bu anti-milli şəxslərdən Azərbaycan əleyhinə istifadə etməkdədirlər. İstifadə də Azərbaycana qara yaxmaqdan əlavə, milli dəyərləri, ölkədəki layiqli insanları söydürməkdən ibarətdir. Son günlər isə bu "mühacirlər"in söyüş siyasəti əndazəni aşıb. Orduxan Teymurxan kimi anti-Azərbaycan mövqeli şəxs ermənilər tərəfindən təlimatlandırılır, o da ətrafına özü kimi 3-4 adamı toplayıb Vətənə, Vətənin övladlarına qarşı tərbiyədən kənar, küçə söyüşləri yağdırmaqla məşğuldur. Həmçinin bu şəxslər ermənipərəst Avropa təşkilatlarının Azərbaycan əleyhinə tədbirlərinə qoşulur, Dünyanın harasında yaşayırsan-yaşa, kim olursan ol, öz dövlətinə pislik edib, əleyhinə təbliğat aparmaq olmaz. Azərbaycan bizim dövlətimizdir. Bu cür hərəkəti ermənilər edir. Bəzən onlar ermənilərdən də pis şəkildə Azərbaycan əleyhinə danışırlar. Söyüş söyməklə etiraz edilmir. Söyüş söymək əxlaqsızlıqdan başqa bir şey deyil. Belə bir mövqe sərgiləmək nəyə və kimə xidmət edir axı? Cavab çox sadədir-erməni lobbisinə, Ermənistana və onlara yaxın bir sıra siyasi dairələrə. Ölkəmizə qarşı böhtan və şər kampaniyasının arxasında bəlli qüvvələr dayanır. Onlar isə bu işdə antimilli ünsürlərdən istifadə edirlər. Azərbaycan xalqının dəyərlərinə, atributlarına qarşı əxlaqa sığmayan fikirlər səsləndirən insanlar xalqımıza bir ləkədir. Milli-mənəvi dəyərlərimizi, dövlət atributları və simvollarımızı təhqir edən hər bir şəxs, kimliyindən asılı olmayaraq, kəskin qınanmalıdır. Onların hansı məqsədə qulluq etdiyi, kimlərin dili ilə danışdığı məlum məsələdir. Mən bu yolu tutan şəxsləri, ümumiyyətlə, azərbaycanlı saymıram. Bu adamlar artıq manqurtlaşıblar və belələri isə heç zaman xalqımızın övladı ola bilməzlər. Siz azərbaycanlı ola bilmədiniz...

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177