Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə

Türklərin dəmiri kəşf etməsi; əfsanəvi yozum, dini və elmi gerçək

​Türkləri digər qövümlərdən ayıran əsas xüsusiyyətlərdən biri də dünyayı kəşf etmək, tanımaq istəyi olmuşdur. Bizlər səyahət etməyi, ana təbiəti tanımağı çox sevirik. Türklər qədimdən bəri təbiətin əsrarəngiz hadislərində məna axtarardılar. Bu xüsusiyyət qışın amansız sərt soyuqları, gücsüzlərin yaşaya bilməyəcəyi dağlarda həyatda qalmaları üçün Türklərə kömək etdi. Sərt təbitə malik Altaylar, Tanrı dağları yalnızca ağıllı və güclü insanlar üçün bir Yurd yeri ola bilərdi. Bu yazıda Dəmirin əfsanəyə uyğun olaraq həqiqətən göydən düşməsi dini və elmi dəlillərlə göstərilməyəçalışılacaq.
Türklərin Dəmiri kəşf etməsi ilə bağlı əfsanə bu şəkildə başlayır.. Altayların ətəklərində Türklərdən biri, bir parıltının yerə düşdüyünü görər. Bu bir meteroit parçası idi. Ulu Tanrının Göydən endirdiyi bu nemətə etinasız yanaşılmadı; Bu meteroit parçası Temir adlı bir şəxsin diqqətini çəkər. Beləliklə Türklər ilk dəfə dəmir haqqında anlayışa sahib oldular. Təbii ki, dünyanın fərqli yerlərində yaşayan millətlərin meteroid haqqında anlayışları vardı. Sadəcə Altayda bu kəşf edilməmişdi. Məsələn, Misirdə metoroitlərdən dözümlü, yüksək keyfiyyətli bıçaqlar, qılınclar hazırlayırdılar. Bu silahlar qızıldan daha dəyərli idi. Lakin Misirdə ilk vaxtlar yalnız hökümdarlar dəmirdən silaha sahib ola bilərdilər. Altayda, Temir adlı bu Türk heç kimin düşənəməyəcəyi bir şeyi etdi. O, dəmir istehsal edən kiçik bir müəssisə düzəltdi. Bununla da Türklərdə dəmirçilik sənəti yarandı. Temir adlı bu Türkün sayəsində, dəmir insanların istifadəsi üçün yararlı bir alət halına gəlidi. Türklər ağac silahlı düşmənə qarşı dəmir qalxanlar icad etdilər. O zamandan bəri dəmirin hazırlanmasının sirri, Türk millətinin əsas sirri, onun qalxanı oldu! Hər tərəfdə bürünc çağı hakim olduğu halda, Türklərdə dəmir gündəlik alət halına gəlmişdi. İnsanlar Temirin sadə daşlardan, dəmir cövhərindən əldə etdiyi dəmir parçalarını əllərində tutaraq “Temirə bu parlaq fikri kim verdi?” deyə sordular. Hər kəs birlikdə ona “Mərhəmətli Göy Tanrı verdi” deyə düşündülər.
Mərhəmətli Tanrı Altayların qoruycusu oldu. Onu Göy Tanrı və ya “Əbədi Mavi Göy” mənasını verən Tenqri olaraq adlandırdılar. İndi isə Türklər haqqında olan bu Dəmir hadisəsini elmi və dini dəlillərlə əsaslandıraq. Həqiqətən də dəmirin Göydən düşməsi mümkündürmü? Elm və Din bu haqda nə deyir?
Quranda bu haqda verilən ayəti nəzərinizə çatdırım: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz, həddindən artıq möhkəm olan dəmiri də (inzal) endirdik ki, onda böyük qüvvət və insanlar üçün faydalar vardır. Allah (Özünü) görmədən Ona (Onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!»
Əl-Hədid surəsi, ayə 25.
İlk öncə onu qeyd edək ki, dəmir kimyəvi elementinin Günəş tipli ulduzlarda istilik nüvə reaksiyaları nəticəsində əmələ gəlməsi fizikanın və eləcə də astrofizikanın qanunları baxımından mümkün deyildir. Yəni dəmir Günəş sistemində yad elementdir. Başqa nəhəng ulduzlardan gəlmə bir kimyəvi elementdir. Ona görə ki, Günəşin nüvəsində yalnız hidrogenin heliuma çevrilməsi istilik nüvə reaksiyaları baş verə bilər. Günəşin mərkəzi oblastlarında mövcud olan hərarət daha ağır kimyəvi elementlərin əmələ gəlməsinə kifayət etmir.

Qeyd etmək lazımdır ki, ulduzun kütləsi böyüdükcə onuntemperaturuda artır və onun təkamülü
prosesi də bir o qədər sürətligedir. Astronomiya və geologiya elmlərinin müasir baxışlarına görə dəmir kimyəvi elementinin yeraltı filiz yataqları kosmosdan gəlmə xarakterə malikdir. Yəni, dəmir Günəşdən daha böyük kütləli ulduzlarda sintez oluna bilər. İstilik nüvə reaksiyaları hesabına dəmirin sintez olunması üçün ulduzun kütləsi 90 Cünəş kütləsinə bərabər olmalıdır. Hərarət isə yüz milyon dərəcə tərtibində olmalıdır. Günəşin istilik nüvə reaksiyaları gedən mərkəzi oblastlarında hərarət 12-14 milyon dərəcə tərtibindədir.
​Ulu Tanrı öz elçilərini hər zaman böyük dəlillərlə Yer üzünə endirər. Tenqri Altaylara insanları dürüst və dindar bir yaşam tərzinə dəvət edən öz elçisi Gəzər (Geser) xaqanı göndərdi Gəzər xan yer üzünün ilk peyğəmbəri oldu. O Göy Tanrının elçisi idi. Türklər arasında Gəzər xan və onun gözəl fikirləri haqqında çoxlu rəvayətlər vardır. İndi Türklər Gəzər xanı Xızır olaraq adlandırlar. İndi də xalq rəvayətlərimizdə Xızır peyğəmbər, hər yanı gəzib darda olana yardım edən birisi kimi xatırlanır. Belə bir ifadə də var “Xızır kimi çatdı dadıma”. Gəzər xanla bağlı Azərbaycanda toponimlər vardır. Buna misal olaraq Qusar toponimi göstərmək olar.
Gəzər xan haqqındakı əfsanələrdə, Altaylara xoşbəxtliyin gəldiyi və onun Yer üzünə saflıq gətirdiyi danışılır. Bu saflıq Dəmir idi. Türklər o zaman zəngin dəmiri kəşf etdilər. Göy Tanrıyı tanıdılar. Bununla da həyat onları tanınmaz bir şəkildə dəyişdirdi və millətlərin ən alisi etdi.

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208