Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Qarabağ" klubu UEFA-nın azarkeşlərlə bağlı hesabatında birinci yeri tutub

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsinə qatılan klubların sosial şəbəkələrdəki rəsmi səhifələrində azarkeşləri ən aktiv olan klubun adını açıqlayıb.

Dərc edilib: 12 sentyabr 2019 [15:18]
Baxış sayı: 2289

İnterpress.az xəbər verir ki, bu, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubudur. Ağdam komandasının hər bir izləyicisinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada 23,7 göstərici ilə Serbiya “Srvena Zvezda”sı dayanır. Hollandiyanın “Ayaks” klubu isə 3-cü sıradadır.

Sosial şəbəkələrdə ən çox izləyicisi olan klub İspaniya təmsilçisi “Real Madrid”dir – 222 milyon. Bu, 2019-cu ilin iyul ayının göstəricisidir.

2018-ci ilin iyunundan 2019-ci ilin müvafiq dövrünə qədər Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) yer alan 80 klublun sosial şəbəkələrdəki səhifələrində ümumilikdə 8,4 milyard fəaliyyət olub (bəyənmə, şərh, paylaşım).

Qeyd edək ki, hesabat hazırlanarkən, “Facebook”, “Instagram”, “YouTube” və “Twitter”dəki göstəricilər nəzərə alınıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176