Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Soydaşlarımız Sverdlovsk vilayətinin inkişafına öz töhfəsini verir

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib

Dərc edilib: 12 sentyabr 2019 [16:22]
Baxış sayı: 2561

İnterpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Vilayətin insan haqları üzrə müvəkkili Tatyana Merzlyakova, korrupsiya ilə mübarizə və nəzarət departamentinin direktoru, azərbaycanlı İlham Şirəliyev, diaspor rəhbəri, iş adamı Şahin Şıxlinski iştirak etdiyi görüşdə Azərbaycan icmasının fəaliyyəti, soydaşlarımızın problemləri və əlaqələrin gücləndirilməsi kimi məsələlər müzakirə olunub.
DİDK-nın sədr müavini Faiq Quliyev Azərbaycanla Rusiya arasında diplomatik, iqtisadi, mədəni və təhsil sahəsində əlaqələrdən və bu münasibətin yüksələn xətlə inkişaf etməsindən danışıb. Bildirib ki, Sverdlovsk vilayətinin yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə səfəri münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Sədr müavini DİDK-nın fəaliyyəti, Rusiyadakı soydaşlarımızla aparılan işlər haqqında da məlumat verib.
Tatyana Merzlyakova isə öz növbəsində insan haqları sahəsində Azərbaycanın müvafiq qurumu ilə əməkdaşlıqdan, Azərbaycan diasporunun Sverdlovskin həyatında fəal iştirakından danışıb, hüquq-mühafizə, elm, təhsil, idman sahəsində vilayətin inkişafına verdiyi töhfələri qeyd edib. Vilayət rəhbərliyinin Azərbaycan diasporu və Baş konsulluqla sıx əməkdaşllıq etdiyini vurğulayıb. Soydaşlarımızın qarşılaşdığı hüquqi və digər problemlərindən də bəhs edən ombudsman bildirib ki, hazırda Sverdlovksdakı yaşlı nəslin nümayəndələrinin, məhkumların kimliyini təsdiq edən sənədləri, azərbaycanlı gənclərin vətəndaşlıq məsələləri ilə bağlı açıq qalan məqamlar onlara ciddi problemlər yaradır.
Görüşdə İlham Şirəliyev, Şahin Şıxlinski də soydaşlarımızın üzləşdikləri problemlər haqqında ətraflı məlumat verib və Diasporla İş üzrə Dövlət Komitəsinin müvafiq qurumlarla birgə bu çətinliklərin aradan qaldırılmasına yardım göstərməyi xahiş edib.
Sonda Sverdlovskda yaşayan soydaşlarımızın problemlərinin yaxın vaxtlarda həllini tapması üçün digər qurumlarla birgə müvafiq addımlar atılacağı bildirilib.
Qeyd edək ki, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev bir neçə gündür Bakıda səfərdədir. Onu vilayətin regional qanunverici məclisinin sədri Lyudmila Babuşkina, insan haqları üzrə müvəkkil Tatyana Merzlyakova, həmçinin regional parlamentin deputatları, hökumət üzvləri, Ural regionunun aparıcı ali təhsil müəssisələrinin rektorları və sahibkarlar müşayiət edir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176