Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb.

Dərc edilib: 21 yanvar 2020 [12:32]
Baxış sayı: 33559

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb.

İnterpress.az xəbər verir ki, nazir, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov və səfirlik əməkdaşları Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət ediblər.

Müdafiə naziri büstün önünə əklil qoyub.

Səfər çərçivəsində Z.Həsənov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşəcək. Nazirin Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşü də planlaşdırılıb.

Müdafiə nazirinin qonşu ölkəyə rəsmi səfəri yanvarın 22-də başa çatacaq.




İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 228