Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Hikmət Hacıyev: “Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında çox sıx iş qrafiki var”

Tədbirdə dövlətimizin başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, “OPEC+” formatında iştirakı, eləcə də Cənub Qaz Dəhlizi ətrafındakı məsələlər barədə fikirlərini bölüşüb.

Dərc edilib: 15 fevral 2020 [15:51]
Baxış sayı: 20899

Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik sistemində vacib əhəmiyyət daşıyan və mühüm rola malik olan bir tədbirdir. Bu konfransda qlobal təhlükəsizliklə bağlı mühüm məsələlər müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev də bu tədbirdə iştirak edir. Dövlətimizin başçısı fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib. Tədbirdə dövlətimizin başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, “OPEC+” formatında iştirakı, eləcə də Cənub Qaz Dəhlizi ətrafındakı məsələlər barədə fikirlərini bölüşüb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında çox sıx iş qrafikinin olduğunu bildirib. Qeyd edib ki, fevralın 14-də yerli vaxtla saat 07:30-da başlayan iş qrafiki axşam saat 20:00 radələrində başa çatıb. Həmin gün dövlətimizin başçısı 13-14 saatdan artıq vaxt müddətində işləməli olub. Azərbaycan Prezidenti çoxsaylı görüşlər keçirib. Dövlətimizin başçısı, ilk növbədə, Azərbaycana tərəfdaş ölkələrin – Qazaxıstan, Moldova və Əfqanıstanın prezidentləri ilə görüşüb və gündəlikdə duran ikitərəfli münasibətlər müzakirə edilib. Həmçinin Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi ilə görüşlər keçirilib. Prezident İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi ilə görüşdə soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistanın girovluğundan azad olunaraq Azərbaycana qaytarılması məsələsini xüsusilə qeyd edib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Prezidentin köməkçisi Almaniyanın biznes ictimaiyyətinin ölkəmizdə aparılan hərtərəfli islahatlara və iqtisadiyyatın şaxələndirilməsinə böyük marağının olduğunu və bu nöqteyi-nəzərdən səmərəli və faydalı müzakirələr aparıldığını bildirib. Qeyd edib ki, keçirilən görüşlərdə Prezident İlham Əliyevin ölkədə apardığı islahatlar çox yüksək qiymətləndirilir.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, həmçinin görüşlərdə Azərbaycanda 9 fevral parlament seçkilərinin azad, demokratik şəraitdə keçirilməsi, xalqın iradəsini əks etdirməsi münasibətilə dövlətimizin başçına təbriklər çatdırılıb. Bundan başqa, müzakirələr əsnasında Azərbaycanın beynəlxalq münasibətlərdə, eləcə də enerji layihələrində etibarlı tərəfdaş olduğu vurğulanıb və bu etibarlılığın qazanılmasında şəxsən Prezident İlham Əliyevin rolu xüsusi qeyd olunub.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 248