Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Şad xəbər: Koronavirusun sonu yaxınlaşır

Nobel mükafatçısı, israilli biofizik Mixael Levitt Çində koronavirus infeksiyasının azalmasının “koronavirus pandemiyasının sonunun yaxınlaşdığına” işarə vurduğunu bildirib.

Dərc edilib: 24 mart 2020 [12:55]
Baxış sayı: 10859

Nobel mükafatçısı, israilli biofizik Mixael Levitt Çində koronavirus infeksiyasının azalmasının “koronavirus pandemiyasının sonunun yaxınlaşdığına” işarə vurduğunu bildirib.

“HaberGlobal” məlumat verir ki, biofizik Çinin Hubey əyalətində yaşayan həmkarları ilə məsləhətləşdikdən sonra araşdırma aparmaq qərarına gəlib.

O, infeksiyaya yoluxanların sayının hər gün 30% artaraq, yayılmanın eyni templə davam etdiyi təqdirdə bütün dünyanın 90 gün ərzində virusa yoluxa biləcəyini qeyd edib. Ancaq Levitt rəqəmlərin artması ilə birlikdə ümumi görüntünün dəyişdiyini anlayıb.


Belə ki, fevralın 1-nə olan statistikaya nəzər yetirildiyi zaman Hubey əyalətində gündə 1800 yeni yoluxma hadisəsinin ortaya çıxdığı məlum olub. Fevralın 6-da bu say günlük 4700 nəfərə çatsa da, fevralın 7-də vəziyyət dəyişib.

Levitt infeksiyaya yeni yoluxma hallarının sayının azalmağa başladığını müşahidə edib və bunun pandemiyanın nə zaman bitəcəyini daha yaxşı təxmin etməyə imkan verdiyini bildirib.

O, Çində vəziyyətin iki həftə ərzində yaxşılaşacağı, virusun tamamilə yox olacağı qənaətinə gəlib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 250