Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türkiyədə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib

Türkiyənin İstanbul şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimat mərasimi keçirilib.

Dərc edilib: 13 sentyabr 2019 [20:45]
Baxış sayı: 4449

DİDİK-dən interpress.az- verilən məlumata görə, Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, 2018-ci ilin iyulun 6-da Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Diasporuna Dəstək Fondunun əsas məqsədi Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməkdən ibarətdir.

O, ölkədə lobbiçilik fəaliyyətinin, dünya azərbaycanlılarının müstəqil Azərbaycan dövləti və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi olan ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu ənənənin bu gün də davam etdirildiyini bildirib.

V.Hacıyev Azərbaycanın hüdudlarından kənarda ölkəmizi yüksək səviyyədə təmsil edən həmvətənlərimizin uğurlarından danışıb. Qeyd edilib ki, Azərbaycan və Türkiyənin tarixində baş verənlərin istər ictimai, istərsə də sosial şəbəkələrdə dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlərin artırılması vacibdir.

Tədbirdə Fondun təqdimatı ilə bağlı videoçarx nümayiş etdirilib və Fondun internet səhifəsi təqdim olunub.

Tədbir iştirakçılarına Fonda muraciət formaları haqqında geniş məlumatlar verilib.

Sonda DİDK-nın nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190