Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“KamAZ”la “Mercedes” toqquşdu: sərnişin ön şüşədən çölə düşüb öldü

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Dərc edilib: 16 sentyabr 2019 [10:19]
Baxış sayı: 3334

İnterpress.az xəbər verir ki, hadisə bu gecə Bakı-Qazax avtomagistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə, “Mercedes”də olan Bakı sakini, 1958-ci il təvəllüdlü Atakişiyev Əyyub Teyyub oğlu zərbənin gücündən ön şüşədən yola düşüb.

Bu zaman digər avtomobil onun ayaqlarının üstündən keçib. Ə.Atakişiyev hadisə yerində ölüb. Maşında olan digər iki nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190