Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



ABŞ-ın “moda ikonası” vəfat edib - FOTO

Amerikalı məşhur aktrisa, model, modelyer, rəssam və yazıçı Qloriya Vanderbilt 95 yaşında Nyu-Yorkda vəfat edib.[center]

Dərc edilib: 18 iyun 2019 [11:25]
Baxış sayı: 19848

İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, ABŞ-ın “moda ikonası” öz evində uzun sürən mədə xərçəngindən dünyasını dəyişib. Aktrisa və modelyerin ölüm xəbərini onun kiçik oğlu təsdiqləyib.

Vanderbildt XIX əsr maliyyə maqnatı Kornelius Vanderbiltin nəvəsi idi. Bibisi onu və anasını atasından miras qalan varidatı məhkəmə yolu ilə ələ keçirməkdə ittiham edirdi. Buna görə ötən əsrin ikinci yarısında yerli mətbuatda onu “balaca kasıb zəngin qız” kimi qələmə verirdilər.

Vanderbiltd zəngin karyerası ərzində bir neçə teleserialda çıxış edib, şeirlər toplusundan ibarət kitabı çıxıb. 1960-cı illərdə dizayn verdiyi yataq dəstləri, cins şalvarlar, qab-qacaq, mətbəx ləvazimatları ilə məşhurlaşıb. “GV Ltd.” brendi altında milyonlara cins buraxıb.

ABŞ-ın “moda ikonası” vəfat edib - FOTO[/center]
ABŞ-ın “moda ikonası” vəfat edib - FOTO

ABŞ-ın “moda ikonası” vəfat edib - FOTO



İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 188