Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türkiyəni gələn ay ağır sanksiyalar gözləyir

Donald Tramp administrasiyası Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə əlaqədar iyul ayında rəsmi Ankaraya qarşı üç yeni sanksiya paketi qəbul etməyə hazırlaşır.

Dərc edilib: 19 iyun 2019 [12:13]
Baxış sayı: 10877

İnterpress.az bu barədə Xarici məlumatlı mənbələrə istinadən xəbər verir, hazırda ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyi tərəfindən müzakirə olunan sanksiyalar paketi “onsuz da iqtisadi baxımdan çətin günlərini yaşayan Türkiyəni sarsıdacaq”.

Məlumata əsasən, daha çox Türkiyənin Rusiya ilə əməkdaşlıq edən müdafiə sənayesi şirkətlərinə “CAATSA” qanunu çərçivəsində sanksiyaların tətbiqi ideyası dəstək qazanıb. Bu, o anlama gəlir ki, tətbiq olunacağı təqdirdə, belə şirkətlər Birləşmiş Ştatların maliyyə sistemindən kənarlaşdırılacaq və onların ABŞ hərbi məhsulları alması və ya Türkiyə məhsullarını Birləşmiş Ştatlara ixrac etməsi faktiki olaraq qeyri-mümkün olacaq.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 143