Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Keniyalı aşpaz dünya rekorduna imza atıb

Keniyalı aşpaz Malihə Məhəmməd fasiləsiz yemək bişirilməsi üzrə mütləq dünya rekorduna imza atıb.

Dərc edilib: 19 avqust 2019 [18:25]
Baxış sayı: 5023

İnterpress.az The Star qəzetinin saytına istinadla xəbər verir ki, aşpaz xanım 75 saat ərzində müxtəlif yeməkləri fasiləsiz hazırlayıb. O, bununla Los-Anceles şəhərindən olan həmkarı Riki Lumpkinin 16 ay əvvəl vurduğu rekordu təzələyib. Amerikalı aşpaz yeməkləri fasiləsiz olaraq 68 saat 30 dəqiqə ərzində hazırlamışdı. Beləliklə, keniyalı xanım usta Ginnesin rekordlar kitabında öz layiqli yerini tutacaq.

Qəzetin xəbərində bildirilir ki, Malihə Məhəmməd dünya rekordunu Keniyanın ikinci ən böyük şəhəri olan Mambasada yeniləyib. O, yemək hazırlamaq üçün milli və beynəlxalq mətbəxin 400 reseptindən istifadə edib. Rekordçu aşpazın hazırladığı bütün yeməklər uşaq evlərinə və xeyriyyə təşkilatlarına verilib. Malihə rekorddan əvvəl xeyli hazırlıq işləri də görüb. Belə ki, o, mətbəxdə iki marafon məşqi də keçirib. İlk məşqdə aşpaz 36 saat ərzində 100 xörək bişirib. İkinci məşq zamanı isə Malihə 54 saata 200 yemək hazırlayıb. Üçüncü cəhd isə, artıq məlum olduğu kimi, dünya rekordu ilə nəticələnib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193