Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ronaldodan 200 milyonluq müqavilə - Tarixi rekord

“Yuventus”un oyunçusu Kriştiano Ronaldonun “Nike” şirkəti ilə imzaladığı 6 illik müqavilə öz dəyərinə görə tarixə düşüb.

Dərc edilib: 10 sentyabr 2019 [16:09]
Baxış sayı: 3640

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı ulduzun “Nike” şirkəti ilə imzaladığı müqavilə əsasında alacağı 200 milyon avro 6 il ərzində bonuslarla birlikdə ödənəcək.

“Facebook” və “Twitter” kimi sosial şəbəkələrdə təqribən 270 milyon izləyicisi olan Ronaldo “Nike”la imzaladığı sponsorluq müqaviləsindən 162 milyon avro pul qazanacaq.
Ronaldodan 200 milyonluq müqavilə - Tarixi rekord


Bundan başqa, “Qızıl top” mükafatını qazanarsa 4 milyon avro, “Yuventus” ilə Çempionlar Liqasının qalibi olarsa 5 milyon avro, Çempionlar Liqasının bombardiri olacağı təqdirdə isə 1 milyon avro əldə edəcək. Bununla da, onun bonusları ilə birlikdə qazanacağı məbləğ 200 milyon avro ola bilər.

Qeyd edək ki, 11 sponsoru olan Ronaldo əlavə olaraq, 20 şirkətin məhsullarını da reklam edir. 5 dəfə Çempionlar Liqasının qalibi olan və 5 dəfə “Qızıl top” mükafatını qazanan Ronaldonun “İnstagram”dakı reklam xarakterli hər paylaşımı ona 1 milyon dollar qazandırır.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177