Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Məşhur azərbaycanlı aparıcı ikinci dəfə ərə getdi

ANS-in keçmiş aparıcısı Sona Rəsulova ikinci dəfə ailə qurub.

Dərc edilib: 11 sentyabr 2019 [16:02]
Baxış sayı: 2915

İnterpress.az xəbər verir ki, "Bala dili", "Tutugildə" adlı uşaq verilişi ilə məşhurlaşan aparıcıya Bodrumda evlilik təklifi edilib. Bu barədə S.Rəsulova özü sosial şəbəkədə məlumat verib. Sevdiyi şəxslə şəkillərini paylaşayan aparıcı evlilik təklifinə "hə" cavabı verib. Tətildə gözlənilməz sürprizlə qarşılaşan aparıcı hisslərini belə ifadə edib:

"Belə videolara həmişə gülərək baxırdım, heç vaxt düşünməzdim ki, eyni şeyin mənimlə baş verə bilər. Egey dənizinin ortasında sevdiyim insanın gözlənilmədən əlini və ürəyini təklif etməsi məni elə yerdə yaxaladı ki, dənizdən sonra saçlarımı daramağa belə vaxtım olmadı. Hər halda ən əsası bu deyildi... Ən əsası bu idi ki, cavabım "hə" oldu! Sevgi möcüzələr yaradır, sevgi hər şeyə, bizim planlarımızı dəyişməyə belə qadirdir. Sözün qısası, əgər sevgi-məhəbbət varsa, qalib gəlməsi yaxşıdır. Hər kəsə xoşbəxtlik və sevgi arzulayıram!"

Məlumat üçün bildirək ki, Sona Rəsulova eks "Dəyirman" qrupunun üzvü Elmir Məhərrəmovla evli olub. Onun bu nikahından bir qızı var. Ona evlilik təklifi edən şəxs isə türk vətəndaşıdır.

Xatırladaq ki, Sona Rəsulova ANS TV-də "Bala dili" və "Tutugildə" verilişlərinin aparıcısı kimi məşhurlaşmışdı. Son illərdə teleməkandan uzaqlaşaraq yalnız radio-dicey kimi fəaliyyət göstərir. Hazırda Media FM-in baş prodüseridir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177