Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Tənzilə Rüstəmxanlı: Səbəbi nə olursa olsun söyüş mübarizə üsulu deyil-VİDEO

“Mən Avropada bir çox tədbirlərdə iştirak etmişəm. Bir dəfə Brüsseldə tədbirdə idik – Qarabağ konfransında. Orada Serj Sərkisyanın əleyhdarları var idi. Onlar iki məsələdə - Qarabağ və “qondarma soyqırım” məsələsində Sərkisyanın ətrafında birləşdilər, Azərbaycanın əleyhinə çıxışlar etdilər. Amma orda bir azərbaycanlı qadın var idi ki, Qarabağın müzakirəsində çıxıb Azərbaycan iqtidarının əleyhinə danışdı. Bir cümlə belə Qarabağdan danışmadı. Hansı ki, orada Qarabağ müzakirə olunurdu”.

Dərc edilib: 11 sentyabr 2019 [18:51]
Baxış sayı: 8367

İnterpress.az xəbər verir ki, "Park İnn" otelində təşkil edilən tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, STM sədri Zahid Oruc, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, BQP sədri, millət vəkili Fazil Mustafa, Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AXP sədri Pənah Hüseyn, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, "Teleqraf" Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı və digər şəxslər, eləcə də media nümayəndələri iştirak edir.

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək bəzi azərbaycanlıların milli davamızda belə ölkəmizin yanında olmadığını deyib:








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179