Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Məmmədyarov: Dünya Kubokunu bu siyahıdan çıxardığı üçün Timaya təşəkkürlər! - FOTO

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun qalibi olmuş həmkarı Teymur Rəcəbovu təbrik edib.

Dərc edilib: 5 oktyabr 2019 [12:47]
Baxış sayı: 8764

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun qalibi olmuş həmkarı Teymur Rəcəbovu təbrik edib.

İnterpress.az xəbər verir ki, o, Azərbaycana ilk dəfə Dünya Kubokunu qazandıran Teymura qələbəsinə görə təşəkkür edib:

“Azərbaycanın kişi sahmatçılarının qazanmadığı cəmi altı rəsmi nəticə qalıb:

1. Fərdi dünya çempionluğu; 2. İddiaçılar turnirinin qalibi; 3. Blitz üzrə dünya çempionluğu; 4. Komanda üzrə dünya çempionluğu; 5. Şahmat Olimpiadası; 6. Şəxsi Avropa çempionluğu. Bu nəticələr olsa, Azərbaycan şahmatının zəif yeri olmayacaq.

Dünya Kubokunu bu siyahıdan çıxardığı üçün Timaya təşəkkürlər! Növbəti bir il ərzində bu turnirlərdən beşinin olacağına inanıram. Təbriklər!”

Məmmədyarov: Dünya Kubokunu bu siyahıdan çıxardığı üçün Timaya təşəkkürlər! - FOTO



Qeyd edək ki, əvvəllər Azərbaycanın kişi millisi komanda şəklində üç dəfə Avropa çempionu ola bilib. Şəhriyar Məmmədyarov isə 2013-cü ildə məhz Xantı-Mansiyskdə rapid üzrə dünya çempionu olub.

Onu da bildirək ki, Dünya Kubokunun 1/8 finalında məhz Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu məğlub edib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 188