Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Messi: “Heç vaxt başqa klubdan rəsmi təklif almamışam”

Lionel Messi 2013-2014-cü illərdə kapitanı olduğu İspaniyanın “Barselona” komandasını tərk etmək istəyib.

Dərc edilib: 9 oktyabr 2019 [11:47]
Baxış sayı: 1382

İnterpress.az xəbər verir ki, argentinalı hücumçu bu barədə “RAC 1”ə müsahibəsində deyib. 32 yaşlı forvard İspaniyanın vergi orqanları ilə problem yaşadığı üçün belə bir addım atmaq barədə düşündüyünü vurğulayıb: “Vergi ilə bağlı problem yaşayanda getmək barədə düşünürdüm. Amma “Barselona”nı deyil, İspaniyanı tərk etmək istəyimdən irəli gəlirdi. Heç vaxt başqa klubdan rəsmi təklif almamışam. Çünki hər kəs burada qalmaq istədiyimi bilir”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 6 dəfə “Qızıl top”a və 6 dəfə isə “Qızıl buts”a layiq görülüb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193