Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ədliyyə Nazirliyi: Azərbaycanda hakimlərin sayı azdır

“Azərbaycanda hər 100 min nəfərə düşən məhkəmə hakimlərinin sayı Avropa ölkələri ilə müqayisədə çox azdır”.

Dərc edilib: 7 noyabr 2019 [16:00]
Baxış sayı: 1628

“Azərbaycanda hər 100 min nəfərə düşən məhkəmə hakimlərinin sayı Avropa ölkələri ilə müqayisədə çox azdır”.

İmterpress.az xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Ədliyyə Nazirliyinin nümayəndəsi Aynur Sabitova deyib.

“Hazırda Avropa ölkələrində hər 100 min nəfərə 20 hakim düşürsə, bizdə bu rəqəm 6-dır. Hazırda dövlət bu rəqəmi artırmağa çalışır”, - deyə o qeyd edib.

Nazirlik təmsilçisi ölkədə kommersiya məhkəmələrinin gələn ildən fəaliyyətə başlayacağını da qeyd edib: “Hazırda həm inzibati, həm də kommersiya işlərinə inzibati-iqtisadi məhkəmələrdə baxılır. Gələn ildən isə kommesiya işləri ayrılacaq və onlara kommersiya məhkəmələrində baxılacaq”.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201