Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ağsu futbolçuları bir arada: Bizim seçimimiz Araz Bayramovdur!

"Ağsu City” Futbol Komandasının heyəti ilə 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd Araz Bayramovun görüşü keçirilib.

Dərc edilib: 19 yanvar 2020 [12:44]
Baxış sayı: 8619

"Ağsu City” Futbol Komandasının heyəti ilə 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd Araz Bayramovun görüşü keçirilib.


Futbolçuların dəvəti ilə rayon Mərkəzi Stadionunda baş tutan görüş zamanı çıxış edən deputatlığa namizəd bildirib ki, rayon futbolunun inkişafı onun əsas fəaliyyət istiqamətlərindən biri olacaq: "Bu günə qədər bir çox yarışların, o cümlədən Ağsuda təşkil olunan şahmat turnirinin təşkilatçısı olmuşam. Rayon futbolunun inkişafı bizim əsas məqsədlərimizdən biridir və inanıram ki, birlikdə buna nail olacağıq”.


Daha sonra çıxış edən komanda üzvləri Araz Bayramova dəstək verdiklərini, onun deputat seçilməsinin təkcə A.Bayramovun deyil, bütövlükdə ağsuluların qələbəsi olduqlarını bildiriblər.


Səmimi ortamda baş tutan görüş zamanı sonda xatirə şəkilləri çəkdirilib.

Ağsu futbolçuları bir arada: Bizim seçimimiz Araz Bayramovdur!






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 230