Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Emin Hacıyevin seçicilərlə görüşündə izdiham yaşanıb- FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən qeydə alınmış namizədi Emin Hacıyev seçicilərlə ilk görüşünü keçirib.

Dərc edilib: 19 yanvar 2020 [13:30]
Baxış sayı: 32885

Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən qeydə alınmış namizədi Emin Hacıyev seçicilərlə ilk görüşünü keçirib.

İnterpress.az xəbər verir ki, görüş kifayət qədər izdihamlı keçib. Görüşdə YAP-ın Sumqayıt şəhər təşkilatının rəhbərliyi, şəhər ictimaiyyətinin tanınmış nümayəndləri və dairə ərazisində yaşayan sıravi sakinlər iştirak edib.

43 saylı Sumqayıt üçüncü seçki dairəsinin seçicilərinin Emin Hacıyevin personasına böyük diqqətini şərtləndirən əsas amillər onun gəncliyi təmsil etməsi, şəhərə, onun problemlərinə yaxından bələd olmasıdır. Bu arada onu da qeyd edək ki, Emin Hacıyev özü də sumqayıtlıdır. O, 1982-ci ildə Sumqayıtda anadan olub. 1998-ci ildə Sumqayıt şəhər 5 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.


2003-cü ildən – hələ Azərbaycan Dövlət İqtisad Universitetində təhsil aldığı dövrdən Yeni Azərbaycan Partiyasının üzvüdür. Universitetin Tələbə Həmkarlar İttifaqının sədr müavini kimi yüzlərlə tələbənin Yeni Azərbaycan Partiyasının ideyaları ətrafında birləşərək, partiya üzvlüyünə qəbulunda iştirak edib.

2008-ci ildə Memarlıq və İnşaat Universitetində doktorantura təhsilini başa vuraraq iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını qazanıb.

2006-cı ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildən Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşı, 2009-cu ildən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) idarə heyətinin üzvü və məsul katibidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Azərbaycan diasporunun güclənməsində və azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirakının təmin olunmasında böyük rol oynayır. Emin Hacıyev Rusiya ictimaiyyətinin Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həqiqi kökləri, 1992-ci ilin Xocalı soyqırımı, erməni təcavüzü nəticəsində öz evlərindən didərgin düşən azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları, həmçinin, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı düzgün məlumatlandırılmasına yönəlmiş AMOR layihələrinin həyata keçirilməsində fəal iştirak edib.
Emin Hacıyevin seçicilərlə görüşündə izdiham yaşanıb- FOTOLAR


Diaspor fəaliyyətinin inkişafına və xalqlar arasındakı dostluğun möhkəmləndirilməsindəki xidmətlərinə görə 2016-cı ildə Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif olunub.

Tədbiri giriş sözü ilə YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzixan Ənsərov açıb. O, Emin Hacıyevin bioqrafiyası, həmçinin fəaliyyəti barədə seçiciləri məlumatlandırıb. Emin Hacıyevin dövlətinə, xalqına bağlı olduğunu deyən Vəzirxan Ənsərov əlavə edib ki, o, 43 saylı Sumqayıt üçüncü seçki dairəsində ən üclü namizəddir. “Bu dairədə başqa namizədlər də var. Biz onların hər birinə hörmətlə yanaşırıq. Lakin bu dairənin ən şanslı namizədi Emin Hacıyevdir”, - deyə Vəzirxan Ənsərov vurğulayıb.

Çıxışına “Əziz həmşəhərlilərim” xitabı ilə başlayan Emin Hacıyev Sumqayıtın onun üçün doğma şəhər olduğunu xüsusi vurğulayıb.

“Sumqayıt mənim üçün doğma şəhərdir. Mən bu şəhərdə doğulmuşam, orta təhsilimi burada almışam, valideynlərimin əmək fəaliyyəti bu şəhərlə bağlı olub, atam və anam həkimdirlər və uzun illər Sumqayıtın tibb müəssisələrində çalışıblar.


Rusiyadakı təhsil və Rusiya Azərbaycanlı Gənclər Birliyindəki fəaliyyətim dövründə də Azərbaycanın təbliği, xalqımızın, ölkəmizin reallıqlarının, həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması üçün səylə çalışmışam.

Aldığım təhsil və qazandığım təcrübəni artıq doğma Sumqayıtımızın inkişafı üçün də istifadə etmək arzusundayam”, - deyə o bildirib.

Sumqayıtın çox böyük potensialının olduğunu deyən Emin Hacıyev bildirib ki, bu şəhər Cənubi Qafqazın ən dinamik inkişaf edən şəhərləri sırasında yer alır. O, ölkə başçısı İlham Əliyevin Sumqayıta xüsusi qayğısına da diqqət çəkib. “Cənab Prezident Sumqayıta 24 dəfə səfər edib. Sumqayıtda çox böyük işlər görülüb, infrastruktur layihələr icra edilib. Bu gün Sumqayıtda çox dəyişib. Dəyişməyən yalnız Sumqayıt insanıdır. Uşaqlıq və məktəb illərində sumqayıtlıların üzündə gördüyüm təbəssümü bu gün də görürəm. Bu gün də Sumqayıt insanı qurub, yaradan əhval-ruhiyyəsindədir”, -deyə namizəd bildirib.

Emin Hacıyev əlavə edib ki, o komanda şəklində fəaliyyətə üstünlük verir:  “Biz bütün qərarlarımızı komanda şəklində verəcəyik. Bu gündən başlayaraq mən hər bir seçici ilə görüşəcəyəm. Bütün arzu-istəklərinizi, iradlarınızı, təkliflərinizi dinləyib, seçiləcəyimiz təqdirdə komanda şəklində onların həllinə nail olmağa çalışacam”.

Namizədliyinin YAP tərəfindən irəli sürüldüyünə diqqət çəkən Emin Hacıyev bildirib ki, Sumqayıt kimi böyük şəhərdən millət vəkili olmaq böyük məsuliyyətdir. Namizəd bu məsuliyyətli və çətin yolda həm seçicilərin, həm də təmsil etdiyi partiyanın etimadını doğruldacağına əminlik ifadə edib.

Emin Hacıyevin seçicilərlə görüşündə izdiham yaşanıb- FOTOLAR

Azərabaycandakı quruculuq işlərindən danışan Emin Hacıyev deyib ki, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbrəliyi altında ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib: “Bu gün Azərbaycan dünyada təhlükəsizliyi ilə seçilir, “sabitlik adası” adlandırılır.

Bildiyimiz kimi, ötən il dövlətimizin başçısının rəhbərliyi altında inqilabi xarakterli islahatlara, eləcə də sosial islahatlara start verildi. 2019-cu  il ərzində minimum əmək haqqı 130 manatdan 250 manata çatdırılıb. Və Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında ikinci yerə yüksəlib”.

Emin Hacıyev daha sonra millət vəkili seçiləcəyi təqdirdə diqqət yetirəcəyi məsələlərə toxunub: “Etimad göstərib, məni millət vəkili seçəcəyiniz təqdirdə, Sumqayıtın sosial-iqtisadi potensialının tam həcmdə realizəsi üçün qanunverici orqanın imkanlarından istifadə olunması,  yerli və xarici investisiyanın cəlb olunması, şəhərimizin turizm sahəsindəki potensialını inkişaf etdirmək, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətinin yaxşılaşdırılması, gənclərin  məşğulluğunun təmin olunmasına xidmət edəcək proqram və layihələrin qəbulu istiqamətində təşəbbüslər, təhsil və tibb müəssisələrimizdə keyfiyyətin artırılması fəaliyyətimin əsas prioritetləri olacaq.


Bu günlərdə biz sumqayıtlılarla çoxlu sayda görüşlər keçirmişik. Bu görüşlərin məqsədi həmşəhərlilərimizin qayğılarını öyrənmək, onların istəkləri, gözləntilər ilə tanış olmaqdır. Bu görüşdə də Sizləri dinləmək, Sizlərin sual və təşəbbüslərini, təkliflərinizi eşitmək bizim üçün maraqlı və gələcək faəliyyət planımız üçün olduqca əhəmiyyətli olacaq”.

Emin Hacıyev sonda seçicilərinə müraciət edərək digər dairələrin ərazilərində yaşayan yaxınlarını YAP-ın namizədlərinə səs verməyə çağırıb: “Ola bilər digər dairələrin ərazilərində qohumlarınız, dostlarınız, yaxınlarınız yaşayır. Onları da Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə təşviq edin”.

Emin Hacıyevin seçicilərlə görüşündə izdiham yaşanıb- FOTOLAR

Emin Hacıyevin seçicilərlə görüşündə izdiham yaşanıb- FOTOLAR

Emin Hacıyevin seçicilərlə görüşündə izdiham yaşanıb- FOTOLAR

Emin Hacıyevin seçicilərlə görüşündə izdiham yaşanıb- FOTOLAR

Emin Hacıyevin seçicilərlə görüşündə izdiham yaşanıb- FOTOLAR







Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 231