Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda iki beynəlxalq şahmat turniri təxirə salındı

Azərbaycanda keçirilməli olan iki beynəlxalq şahmat turniri təxirə salınıb.

Dərc edilib: 26 mart 2020 [15:53]
Baxış sayı: 18163

Azərbaycanda keçirilməli olan iki beynəlxalq şahmat turniri təxirə salınıb.

İnterpress.az-ın xəbərinə görə, mayın əvvəllərində Naxçıvanda keçirilməsi nəzərdə tutulan “Nakhcivan Open” və 20-31 may tarixlərində Şəmkirdə baş tutmalı olan “ShamkirChess” turnirləri koronavirus səbəbindən təxirə salınıb.

Ənənəvi olaraq, dünya çempionu Maqnus Karlsenin və digər məşhur qrossmeysterlərin mübarizə apardığı Vüqar Həşimovun xatirəsinə həsr edilən Şəmkir turnirində beş şahmatçının iştirakı üçün razılıq da alınmışdı. Bunlardan ikisi Rusiya şahmatçıları idi.

Qeyd edək ki, daha əvvəl martın ortalarında başlamalı olan kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı təxirə salınmışdı.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 250