Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



XİN: “Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan DSX-nin əsgərinin qətlə yetirilməsi cinayətdir”

“Dünən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində növbəti dəfə atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində sərhədçi əsgərimiz Vəliyev İbrahim Ələmşah oğlu şəhid olub. "

Dərc edilib: 25 fevral 2020 [12:55]
Baxış sayı: 4478

“Dünən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində növbəti dəfə atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində sərhədçi əsgərimiz Vəliyev İbrahim Ələmşah oğlu şəhid olub. Qeyd etmək istərdik ki, qanlı insident Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib”.

Bu barədə XİN məlumat yayıb.


“Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və Azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə alması, bu ölkənin təcavüzkar siyasətini və ölkə rəhbərliyinin “inqilabi” təşəbbüslərinin əsl mahiyyətini açıq şəkildə göstərir.

Bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejim arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır.

Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımının qurbanlarının anıldığı ərəfədə sözügedən hadisənin baş verməsi Ermənistanın öz çirkin əməllərini dünya ictimaiyyətinin diqqətindən yayındırmaq istiqamətdində atdığı növbəti mənfur və riyakar cəhdidir.

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Allah şəhidimizə rəhmət eləsin”, - məlumatda qeyd olunub.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 251