Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda uşaq qaynar suda yandı

Şəkidə azyaşlı qaynar su ilə dolu vedrənin üstünə yıxılıb.

Dərc edilib: 17 oktyabr 2019 [10:16]
Baxış sayı: 1310

İnterpress.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kəndində qeydə alınıb.

Kənd sakini, altı yaşlı Qasım Elçin oğlu Qafurlu yaşadığı evin həyətində velosiped sürərkən ehtiyatsızlıqdan içərisində qaynar su olan vedrənin üstünə yıxılıb.

Nəticədə, azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, hər iki aşağı ətrafın və bədən səthinin qaynar su yanığı dioqnozu ilə Şəki Uşaq Xəstəlikləri Xəstəxanasına çatdırılıb.

Q.Qafurlunun vəziyyəti orta-ağır qiymətləndirilir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201