Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Yerevan Today”: Paşinyan nüfuzdan düşüb

“Yerevan Today” xəbər portalı paytaxt küçələrində əhali arasında keçirdiyi sorğudan sonra “Paşinyan xalq arasında nüfuzdan düşüb” adlı yazı dərc edib. Yerevan sakinləri sorğuda bildiriblər ki, son 1 ildə Ermənistanda yaşamaq dözülməz olub.

Dərc edilib: 24 avqust 2019 [17:59]
Baxış sayı: 8557

İnterpress.az xəbər verir ki, sorğuda iştirak edənlərin 75 faizi yeni hökumətə inanmadığını bildirib.

Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyan vətəndaşları Paşinyan əleyhinə üsyana qalxmağa çağırıb. Hazırda xaricdə yaşayan Mikayıl Minasyan yeni hökuməti səriştəsizlikdə ittiham edib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətə əvvəlki hökumət üzvlərindən qisas almaq məqsədilə gəlib. Paşinyan Robert Koçaryanı həbs etdirib. Yaxın günlərdə isə keçmiş müdafiə naziri Seyran Ohanyanın və başqa generalların həbs tapşırığını verəcək.

Xatırladaq ki, Mikayıl Minasyanın özünü də həbs gözləyir. Onun adı korrupsiyada hallanır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179