Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Göyçayda polis aztəminatlı ailələrin uşaqlarını sevindirdi - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan aztəminatlı ailələrdən bir neçəsinin evinə baş çəkiblər.

Dərc edilib: 12 sentyabr 2019 [15:53]
Baxış sayı: 2508

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İnterpress.az-a verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq həmin ailələrin məktəbə gedən övladlarını təbrik edib, azyaşlılara geyim, çanta, gündəlik dərs ləvazimatları hədiyyə ediblər.

Onların vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzulayıblar. Bu tədbir uşaqlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar da dərs ilini əla qiymətlərlə başa vuracaqlarına söz veriblər.

Valideynlər isə Göyçay Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına onlara göstərdikləri diqqət və qayğıya, köməkliyə görə, öz minnətdarlıqlarını bildiriblər.

Göyçayda polis aztəminatlı ailələrin uşaqlarını sevindirdi - FOTO

Göyçayda polis aztəminatlı ailələrin uşaqlarını sevindirdi - FOTO

Göyçayda polis aztəminatlı ailələrin uşaqlarını sevindirdi - FOTO






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176