Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanın ən gözəl qızı seçildi - VİDEO

“Miss&Mr. National Azerbaijan” gözəllik müsabiqəsinin final gecəsi keçirilib.

Dərc edilib: 27 sentyabr 2019 [15:10]
Baxış sayı: 4204

İnterpress.az xəbər verir ki, münsiflər heyətində ukraynalı buker Vitalina Rozbitskaya, Gürcüstanda “Maximum” model evinin sahibi İrina Çaxunaşvili, Moldovanın “Eurovision” təmsilçisi, Əməkdar artist Olya Tira, türkiyəli kreativ direktor, stilist Erdi Şən, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və millət vəkili Jalə Əliyeva yer alıblar.

Final gecəsində 10 qız, 10 oğlan olmaqla 20 iştirakçı yarışıb. Yarışın mükafat fondu 10 min AZN təşkil edib. Qaliblər - Emil Həsənzadə və Nigar Qədirliyə xüsusi kristallar və svarovski daşları ilə hazırlanmış qiymətli taclar təqdim olunub.

Qeyd edək ki, “ADDIM” Gənclər Təşkilatının keçirdiyi gözəllik yarışında finalçılar modelyer Kübra Nuriyevanın “Etnike”, türk dizayner Gülər Baysalın çimərlik geyimləri kolleksiyası və ukraynalı dizayner Katerina Lukaşukun məxsusi olaraq yarış üçün hazırlandığı kolleksiyaları təqdim edilib.








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201