Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türkiyə prezidenti: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"

"Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik".

Dərc edilib: 14 oktyabr 2019 [17:36]
Baxış sayı: 2580

İnterpress.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Dünya Türk İş Şurasının toplantısında bildirib.

Türkiyə prezidenti Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən bir bəndi birlik üçün örnək göstərib: “Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir, Eşqimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə”.

Rəcəb Tayyib Ərdoğan Türkmənistanı da ayır tutmadıqlarını, dilimizin, dinimizin bir olduğunu vuruğulayıb.

Qeyd edək ki, Türkmənistan Şuranın üzvü deyil.

O, İsmayıl Qaspıralının “Dildə, işdə, fkirdə birlik” şüarının həyata keçməsinin tam zamanının çatdığını vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən danışarkən deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Bir millət, iki dövlətin" iki diasporu olmaz”. O iki ölkə diasporunun öhdəsindən gələ bilməyəcəyi məsələnin olmadığını bildirib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201