Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Prezident İlham Əliyev Argentinanın yeni seçilən dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın yeni seçilmiş Prezidenti Alberto Fernandesə təbrik məktubu göndərib. 

Dərc edilib: 7 noyabr 2019 [17:40]
Baxış sayı: 1795

Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın yeni seçilmiş Prezidenti Alberto Fernandesə təbrik məktubu göndərib. 

İnterpress.azress.az xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Fernandes,

Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Argentina əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201