Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Parisdə polis "sarı jiletlilər"ə qarşı qaz və tüstü şaşkalarından istifadə edib

Fransada polis Parisin kənarında etiraz edən "sarı jiletlilər"ə qarşı gözyaşardıcı qaz və tüstü şaşkalarından istifadə edib.

Dərc edilib: 16 noyabr 2019 [16:11]
Baxış sayı: 3931

Fransada polis Parisin kənarında etiraz edən "sarı jiletlilər"ə qarşı gözyaşardıcı qaz və tüstü şaşkalarından istifadə edib.

İnterpress.az RİA "Novosti"yə istinadən xəbər verir ki, aksiya Parisin 17-ci dairəsindəki Şamperre meydanında keçirilir.

Meydana yüzlərlə etirazçı toplaşıb. Onlar səhərdən etibarən dairəvi yolda nəqliyyatın hərəkətini əngəlləməyə çalışırlar, bir neçə dəfə polislə toqquşma yaşanıb. İlkin məlumatlara görə, polis 16 nəfəri saxlayıb.

Qeyd edək ki, bu həftəsonu Fransada "sarı jiletlilər"in etirazlarının birinci ildönümü ilə əlaqadar nümayişlər keçirilir. Onların heç də hamısı razılaşdırılmayıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208