Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda bu icra başçısı cəzalandırıldı

Koronavirus infeksiyasına qarşı şəhərin mərkəzində və mərkəzə yaxın hissələrdə qarşıya qoyulan vəzifələr icra olunsa da, bir sıra ərazilərdə ciddi nöqsanların mövcud olduğu müəyyən edilib.

Dərc edilib: 24 mart 2020 [17:18]
Baxış sayı: 11302

Koronavirus infeksiyasına qarşı şəhərin mərkəzində və mərkəzə yaxın hissələrdə qarşıya qoyulan vəzifələr icra olunsa da, bir sıra ərazilərdə ciddi nöqsanların mövcud olduğu müəyyən edilib.

İnterpress.az xəbər verir ki, bu barədə bu gün Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə zamanı məlumat verilib.

Müşavirə zamanı mart ayının 23-də şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işləri ilə bağlı monitorinqlərin aparıldığı bildirilib.


Belə ki, paytaxtın bir sıra rayonlarında təlimatlara riayət olunsa da, Qaradağ rayonu təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu iki rayondan biri olmasına baxmayaraq, bu işlər Ələt və Lökbatan qəsəbələrində qeyri-qənaətbəxş şəkildə icra olunub. Qarşıya qoyulan vəzifələr lazımi səviyyədə təşkil olunmayıb.

Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib. Qeyd olunub ki, belə halların Qaradağda və ya başqa rayonlarda təkrar olunması xüsusi vəziyyət şəraitində işi təşkil etməyi bacarmamaq kimi qiymətləndiriləcək.

Tədbir zamanı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Qaradağ rayonunda aparılan dezinfeksiya işlərində yaxından kömək etmək tapşırılıb. Çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qısa zamanda bu sahədə mövcud olan nöqsanların aradan qaldırılacağına dair söz verib.

Müşavirədə qeyd olunan nöqsanlardan nəticə çıxarılmasının, verilən tapşırıqların icrasına kadrların məsuliyyətinin artırılmasının vacibliyi bildirilib və bu sahədə işlərin gücləndirilməsi üçün əlavə tədbirlər planı müzakirə edilib.

Müşavirə zamanı bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı və Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın təlimatlarına uyğun olaraq paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib. Gündəlik olaraq həyətlər, binaların girişləri, liftlər xüsusi materiallarla dezinfeksiya olunur, küçə və prospektlər yuyulur.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 250