Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda yeni rubrika: “Evdə qal, təbiəti seyr et”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən “Facebook” səhifəsində “Evdə qal, təbiəti seyr et” (#evdəqaltəbiətiseyret) adlı rubrikaya start verir.

Dərc edilib: 25 mart 2020 [12:50]
Baxış sayı: 6552

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən “Facebook” səhifəsində “Evdə qal, təbiəti seyr et” (#evdəqaltəbiətiseyret) adlı rubrikaya start verir.

İnterpress.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, rubrikada Azərbaycanın əsrarəngiz təbiət gözəllikləri barədə məlumat veriləcək:

“Azərbaycanın zəngin təbiətini, milli parkların flora və fauna aləmini əks etdirən filmlər, süjetlər, çarxlar nümayiş etdiriləcək. “Evdə qal, təbiəti seyr et” rubrikasında həm də təbiət hadisələri barədə düşündürücü məlumatlar veriləcək. Eyni zamanda, ekoloji animasiyalar nümayiş etdiriləcək.

Bölümdə ekologiyaya aid müxtəlif suallar, maraqlı faktlar yerləşdirməklə izləyicilərin ətraf mühit hadisələri ilə daha yaxından tanış olmaları, biliklərini genişləndirməsi üçün də şərait yaradılacaq”.

Nazirliyin sözçüsü izləyicilərdən də maraqlı təbiət görüntülərinin alınması və onların qiymətləndirilməsinin təşkil ediləcəyini bildirib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 246