Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Qarabağ”və APOEL oyunu başlayıb

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-APOEL oyunu başlayıb.

Dərc edilib: 13 avqust 2019 [21:02]
Baxış sayı: 7057

İnterpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Simon Slavçev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.

Meydan sahibi APOEL-in heyətində isə meydana Belec, Gentsoğlou, De Vincenti, Suleiman, Matiç, Pavloviç, Vouros,Merkis, N.Loannou, Jakolsš və Mihajloviç çıxıblar.

Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibertdi. Ona Yan Sedel və Lasse Koslovski kömək edirlər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirir. Matçın hakim-inspektoru Yorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid Imamoviçdi (Bosniya və Herseqovina).

Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.

Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə iki illik müqavilə bağlanılıb.

“Qarabağ” APOEL səddini keçəcəyi halda, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və UEFA Çempionlar Liqanın pley-off mərhələsində“Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) oyununun qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsə, UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208