Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Düsseldorf xəstəxanasında yanğın nəticəsində 70-dən çox insan zərər çəkib

Almaniyanın Düsseldorf şəhərindəki xəstəxanaların birində baş verən yanğın nəticəsində bir nəfər həlak olub, 72 nəfər zərər çəkib.

Dərc edilib: 10 sentyabr 2019 [16:58]
Baxış sayı: 3245

İnterpress.az xəbər verir ki, Focus Online nəşrinin yaydığı məlumata görə, yanğın ötən gün gecə saatlarında MHD (Marien Hospital Duesseldorf) klinikasının ikinci mərtəbəsində başlayıb. Tüstü qısa müddətdə binanın bütün mərtəbələrinə yayılıb. 77 yaşlı pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Yeddi nəfərin vəziyyəti çox ağır qiymətləndirilir. Zərər çəkənlərin böyük əksəriyyəti tüstüdən zəhərlənib.

Hazırda yanğın söndürülüb, onun səbəbi hələlik məlum deyil.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177